Biz pul kreditlərini arayışsız, girovsuz və zaminsiz veririk. Manato.az-da kreditləri Müştəri Xidməti Mərkəzində və ya onlayn şəkildə almaq mümkündür. Onlayn-kredit almaq isə çox asandır:
Kreditin məbləğini və müddətini Siz saytımızdakı kalkulyatorun köməyi ilə müstəqil şəkildə seçirsiniz. Siz kreditin son ödənilmə tarixini, komissiyanın məbləğini və ödənilməli olan ümumi məbləği dərhal görəcəksiniz. Kreditin müddəti 30 gün, kreditin minimal məbləği - 50 AZN, maksimal məbləği - 600 AZN-dək (yeni müştərisinizsə), 1700 AZN-dək təkrar müştərisinizsə. Manato.az saytında profiliniz və ödənilmiş kreditiniz varsa – hər şey maksimum sadə olacaq – bu addımdan sonra Sizə dərhal kreditin verilməsi haqqında qərar göndəriləcək.
Müqavilə və digər sənədlərlə diqqətlə tanış olun, işarələr qoyun. Qeydiyyatı sona çatdırmaq üçün Siz SMS-kod vasitəsilə formal təklif imzalamalısınız. İstifadə etdiyiniz telefon nömrəsini daxil edin və “SMS-kod almaq” düyməsini basın. Göstərdiyiniz mobil telefon nömrəsinə unikal kodla ismarıc gələcək. SMS-in alınma müddəti 3 dəqiqəyədək çəkə bilər, lakin adətən, daha tez gəlir. Bundan sonra SMS kodu sağdakı pəncərəyə daxil edin. Sonra Siz FIN, email sətrini doldurmalı və Manato.az saytındakı profiliniz üçün şifrə təyin etməlisiniz.
Kreditinizin təsdiq edilməsi üçün Siz məlumatları düzgün təqdim etməlisiniz Kreditin alınması üçün mütləq tələb – Azərbaycan Respublikasının istənilən bankında aktiv İBAN hesabın və ya kart hesabın mövcüd olmasıdır. Qeyd edilən Bank hesabı Sizə məxsus olmalıdır.
Sifarişdə göstərdiyiniz telefon sizdə olmalıdır. Operator bir neçə sual vermək üçün qeyd etdiyiniz nömrəyə zəng vuracaq. Yekun qərar sms və email məlumatı şəklində daxil olacaq. Sifarişə ümumi baxılma müddəti 5-15 dəqiqə təşkil edir.
Kredit təsdiq edildiyi halda pulları sizə gün ərzində göndərəcəyik. Iban hesabı ilə müraciət etdiyiniz təqdirdə məbləğin sizin hesabınıza ödənilməsi bankınızın iş sürətindən aslıdır və 10 dəqiqədən 3 iş gününədək müddətində həyata keçirilə bilər, kart ilə müraciət etdiyiniz təqdirdə isə məbləği bir-neçə dəqiqəyə ala biləcəksiniz. Kredit müqaviləsi və hesab Sizin elektron ünvanınıza göndəriləcək. Manato.az saytındakı şəxsi kabinetinizdə Siz hər zaman ödəniş məbləği və tarixi haqqında məlumat ilə tanış ola bilərsiniz. Kreditin ödənilməsinə dair təlimatla tanış olmaq üçün daxil olun.